Erix Honekker

Erix Honekker
alm. Erich Honecker
ADR Dövlət Şurasının sədri
29 oktyabr 1976 – 24 oktyabr 1989
ƏvvəlkiVilli Ştof[d]
SonrakıEqon Krents[d]
ADR Milli Müdafiə Şurasının sədri
24 iyun 1971 – 18 oktyabr 1989
ƏvvəlkiValter Ulbrixt
SonrakıEqon Krents[d]
Şəxsi məlumatlar
Doğum adı Erich Ernst Paul Honecker
Doğum tarixi 25 avqust 1912(1912-08-25)[1][2][…]
Vəfat tarixi 29 may 1994(1994-05-29)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, avtobioqraf[d], müqavimət döyüşçüsü[d]
Uşaqları
  • Sonja Honecker[d]
Dini ateizm

Təltifləri Sovet İttifaqı Qəhrəmanı — 1982 ADR Qəhrəmanı — 1982 ADR Qəhrəmanı — 1987 ADR Əmək Qəhrəmanı — 1972
qızıl "Olimpiya" ordeni — 1985 Grand Star of the Decoration for Services to the Republic of Austria (Avstriya) "Əmək Bayrağı" ordeni (ADR) "Lenin" ordeni — 1972 "Lenin" ordeni — 1982 "Lenin" ordeni — 1987 "Oktyabr inqilabı" ordeni — 1977 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı — 1980 Xose Marti ordeni (Kuba) Order of Playa Girón (Kuba) Grand Cross with Collar of the Order of the White Rose of Finland (Finlandiya) — 1977 Grand Cross of the Order of Polonia Restituta (Polşa) "Yuqoslaviya ulduzu" ordeni Order of the Victory of Socialism (Rumıniya Sosialist Respublikası) — 1987 fəxri toqqalı "Vətənə xidmətə görə" ordeni (ADR) "Klement Qotvald" ordeni (Çexoslovakiya) "Dövlət bayrağı" ordeni (Şimali Koreya) "Ho Şi Min" ordeni (Vyetnam) "Georgi Dimitrov" ordeni (Bolqarıstan Xalq Respublikası) "Karl Marks" ordeni (ADR) — 1969 "Karl Marks" ordeni (ADR) — 1972 "Karl Marks" ordeni (ADR) — 1977 "Karl Marks" ordeni (ADR) — 1982 "Karl Marks" ordeni (ADR) — 1985 "Ağ şir" ordeni (Çexoslovakiya) Order of Augusto César Sandino (Nikaraqua)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erix Honekker (alm. Erich Honecker‎; 25 avqust 1912[1][2][…]29 may 1994[1][2][…], La Reyna[d], Santyaqo Metropolitan bölgəsi[d]), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi.

18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. İkinci Dünya müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946–1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur. Erik Honekkerin əsas uğurları sırasına ADR-in beynəlxalq səviyyədə tanınması və ölkənin 1973-cü ildə BMT-yə daxil olması aid eidilir.

1980-ci illərin sonlarında həm iqtisadi vəziyyət, həm Sovet İttifaqı ilə münasibətlər, həm də ADR-nin siyasi vəziyyəti xeyli pisləşdi. Honekker, Mixail Qorbaçovun SSRİVarşava Müqaviləsi Təşkilatının digər üzv ölkələrində həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı müxaliflik edirdi. 1987-ci ilin sentyabrında Honekker Almaniya Federativ Respublikasına rəsmi dövlət səfəri etdi. Səfər çərçivəsində Federal Kansler Helmut Kol onu Bonnda rəsmi səviyyədə qəbul etmişdi.[3] 1989-cu ilin 18 oktyabrında AVSP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosunun təzyiqi ilə ağır xəstə olan Honecker istefa vermək məcburiyyətində qaldı. 1992-ci ildə Erik Honekker Berlində ADR-də insan haqlarının pozulması ittihamı əsasında məhkəməyə qarşısına çıxarıldı. Lakin proses təqsirləndirilən şəxsin ağır xəstəliyi səbəbindən dayandırıldı. Honekker dərhal Çilidəki ailəsinin yanına getdi və 1994-cü ilin mayında orada öldü.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Erich Honecker // filmportal.de. 2005.
  3. "bdp.de". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne